Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








Bütün video xəbərlər...


"Caspian Power 2014" sərgisi - Xəzəryanı regionda energetika sənayesinin inkişaf perspektivləri

3 iyun tarixində Bakı Ekspo Mərkəzində 4-cü Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi öz işinə başladı. Xəzər regionunda energetika sənayesi üzrə nailiyyətlərin nümayişi sahəsində yeganə ixtisaslaşmış tədbir olan bu sərgiyə Azərbaycan Respublikası Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən rəsmi dəstək verilir. Sərginin təşkilatçıları qismində Böyük Britaniyanın "ITE Group Plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian LLC" şirkəti çıxış edirlər.

Sərginin rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin ziyarəti ilə yadda qaldı. Dövlət başçısı aparıcı energetika şirkətlərinin ekspozisiyaları ilə tanış oldu, alternativ energetika və enerjiyə qənaət texnologiyaları sahəsində ən yeni layihələr və təkmilləşmələr xüsusunda məlumatlandırıldı. "Caspian Power" sərgisinin Xəzəryanı regionun neft-qaz sahəsində ən iri tədbir - "Caspian Oil & Gas" sərgisi ilə eyni meydançada keçirilməsi təsadüfi deyil və beləliklə də, region çərçivəsində ixtisas təcrübəsinin beynəlxalq müstəvidə mübadiləsi daha da genişlənir. Sərgi təşkilatçılarının fikrincə, "Caspian Power" 2014 sərgisində təqdim olunan texnika və texnologiyalar yeni energetika layihələrində tətbiq olunacaq və Azərbaycanın energetika kompleksinin müasirləşdirilməsinə kömək edəcəkdir.

Sərgi iştirakçıları arasında Azərbaycan, Belarus, Çin, Rusiya, Türkiyə, Ukrayna və Finlandiyadan energetika sahəsində aparıcı texnologiya təchizatçıları var. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət strukturları ilə yanaşı, "Caspian Power" 2014 sərgisi öz meydançasında bir çox yerli və xarici brendləri də bir araya gətirib. Onların arasında "AzAlternativEnerji", "AzGunTech", "Bylectrica", "EAE Elektrik", "Electronic Information Systems" (EIS), "GALAD", "GokNur Baku", "Kardes Elektrik", V.İ.Kozlov adına Minsk Elektrotexniki Zavodu, "Nobel Electric", "Radiy", "Bresler" TM, "Schneider Electric", Sumqayıt Texnologiyalar Parkı,"Togliatti Transformator" və "Wartsila Azerbaijan" şirkətləri var. İxtisaslaşmış şirkətlərin bir çoxu üçün bu sərgidə iştirak prioritet məsələyə çevrilmişdir.

Sərginin ekspozisiyası tematik bölmələrdən ibarətdir və onların arasında energetika və elektrotexnika, enerjiyə qənaət və enerjidən səmərəli istifadə, kabel-naqil məmulatları və işıqlandırma cihazları var. Energetika sahəsinin müxtəlif istiqamətlərinin mütəxəssisləri ildən-ilə "Caspian Power" sərgisində daha böyük həvəslə iştirak edirlər. Burada zəngin şəkildə tərtib edilən stendlərdə işıq diodları, günəş batareyası lövhələri, işıq diodlu indikatorlar, işıqlandırma cihazları, müxtəlif kabel-naqil məmulatları, yerüstü enerji xətləri üçün naqillər, kommutasiya-paylama aparaturası, enerjiyə qənaət edən müasir işıqlandırma cihazları, elektrik enerjisinin avtomatlaşdırılmış texniki və kommersiya qeydiyyatı sistemləri və bir çox digər məhsullar nümayiş etdirilir.

"Caspian Power" sərgisi "ITE Group Plc" şirkətinin energetika sahəsində təşkil etdiyi aparıcı tədbirlər silsiləsinə daxildir və ixtisas sərgiləri arasında özünü doğrultmuş markadır. Son vaxtlarda sərgi yeni avadanlıqların nümayişi və energetika kompleksi mütəxəssislərinin səmərəli dialoqu üçün əlverişli meydança kimi getdikcə daha geniş populyarlıq qazanır. Ənənəvi olaraq, builki sərgi də Xəzəryanı regionun energetika sahəsinin gələcək inkişafı üçün münbit zəmini təmin etməklə yanaşı, bütün ziyarətçilərin elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşməsi və ən yeni texnoloji təkmilləşdirmələr və elektroenergetikanın inkişaf strategiyaları haqqında məlumat əldə etmələri üçün unikal imkan yaratdı.






Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  01/09/2015 02/09/2015
USD 1.0479 1.0479
EUR 1.1809 1.1813
GBP 1.6138 1.6049
RUR 0.0162 0.0157
HAVA



Caspian Power is Copyright © 2000-2015 Bütün hüquqlar qorunur. Hosted by VebTek